Polşada tufan və ildırımlar 4 nəfərin həyatına son qoydu

  • Bölmə: Dünya  
  • Tarix: 23 avq 2019 [17:04]

Polşanın Tatrı dağlarına ildırım düşməsi nəticəsində dörd nəfər ölüb, 30-a yaxın insan yaralanıb.

RBK xəbər verir ki, avqustun 22-də Tatrı dağlarında gözlənilmədən güclü tufan qalxıb.

Xilasedicilərin sözlərinə görə, ildırımı Qevont dağının zirvəsindəki metal xaç yaxud dəmir troslar cəzb edib. Nəticədə 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Polşa prezidenti Anjey Duda həlak olanların ailələrinə baş sağlığı verib.

Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Bizimesr.az


Загрузка...


Oxunub: 10290 dəfə