"Qarabağ" məğlub oldu - YENİLƏNİB

  • Bölmə: İdman  
  • Tarix: 23 avq 2019 [16:59]

İkinci hissədə də "Qarabağ" üçün uğurlu olmayıb. 

Oxu.Az xəbər verir ki, komanda məğlubiyyətdən qaçmaq üçün irəli atılıb. Lakin şimali irlandiyalılar yenə də seçiliblər. 

Sürətli əks-hücumlardan birində “Linfild” 3-cü qolu vurub. Ağdamlılar görüşün sonunda bu qollardan birinin əvəzini penaltidən çıxa bilib. Maqaye Qeye dəqiq olub – 2:3.

Qeyd edək ki, Bakıda keçiriləcək cavab oyunu avqustun 29-da baş tutacaq.

23:31

İlk hissəyə əlavə edilmiş dəqiqələrdə "Linfild" hesabda önə çıxdı. 

Oxu.Az xəbər verir ki, Şimali irlandiyalıların heyətində Şeyn Leyveri komandasını hesabda üstün vəziyyətə gətirib - 2:1. 

23:26

40-cı dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirib.

Oxu.Az xəbər verir ki, "Linfild"in ilk təhlükəli hücumunda Mark Steford başla qol vurub.

23:05

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan) oyununda hesab açılıb.

Oxu.Az-ın məlumatına görə, Belfastda keçirilən matçın 15-ci dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Faysal Rerrasın dəqiq zərbəsi  ilə komandamız hesabda irəli çıxıb - 1:0. 

22:48

UEFA Çempionlar Liqasının "play-off" mərhələsinin "Linfild" - "Qarabağ" oyunu başladı.

Oxu.Az xəbər verir ki, hazırda oyun qolsuz heç-heçə ilə davam edir.

 

22.12

Ağdamın "Qarabağ" klubu Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Şimali İrlandiya təmsilçisi "Linfild"in qonağı olacaq.

Oxu.Az xəbər verir ki, komandaların start 11-likləri müəyyənləşib: 

"Linfild": 1. Rohan Ferquson, 2. Mark Stefford, 6. Cimi Kelleçer, 8. Bastien Heri, 9. Coel Kuper, 14. Şeyn Leveri, 16. Mettyu Klerk, 22. Ceymi Malqryu (k), 27. Endryu Mitçell, 31. Niall Kuinn, 47. Kris Keysment;

Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Lerkin, 7. Endi Uoteruours, 10. Cordan Styüart, 12. Kirk Miller, 17. Daniel Kirns, 23. Rayan Makqivern; 

Baş məşqçi: Devid Hili.

"Qarabağ": 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov;

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 3. Ailton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 99. Maqaye Qeye;

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, bu oyun saat 22:45-də başlayacaq.

Bizimesr.az


Загрузка...


Oxunub: 17650 dəfə