Tramp doğuşa görə vətəndaşlığın verilməsi hüququnu ləğv etmək istəyir

  • Bölmə: Dünya  
  • Tarix: 22 avq 2019 [16:06]

ABŞ prezidenti Donald Trampın administrasiyası doğuşa görə vətəndaşlığın verilməsi hüququnun ləğv edilməsi məsələsini müzakirəyə çıxarıb.

Bu barədə RİA “Novosti” ABŞ liderinin bəyanatına istinadən xəbər verir.

“Biz bunu ciddi şəkildə nəzərdən keçiririk”, - Tramp jurnalistlərə bildirib.

Cari ilin oktyabrın 15-dən etibarən özlərini müstəqil şəkildə təmin edə bilməyən şəxslərin ABŞ-da daimi yaşamaq və işləmək hüququ ləğv olunacaq. Ağ evdə qeyd ediblər ki, bu yeniliklər ABŞ vergi ödəyiciləri və həqiqətən dövlət yardımına ehtiyacı olan ölkə vətəndaşlarını qoruyacaq.

Bizimesr.az


Загрузка...


Oxunub: 6370 dəfə