Zelinski Putinə G8-ə qayıtmağın yolunu təklif etdi: Krımı qaytar

  • Bölmə: Dünya  
  • Tarix: 22 avq 2019 [16:04]

Ukrayna prezidenti Vladimir Zelenski həmkarı Vladimir Putinə Rusiyanın G8-ə qaytarılmasının həlli yolunu təklif edib. 

Bu barədə RİA "Novosti" xəbər verir.

Ukraynanın dövlət başçısı qeyd edib ki, Rusiya Krım yarımadasını geri qaytardığı və Donbasdakı münaqişəni dayandırdığı təqdirdə, G8-ə qayıda bilər.

Bundan başqa, Zelenski Rusiyaya saxlanılan ukraynalı dənizçiləri azad etməyi təklif edib.

Ukrayna liderinin fikrincə, bu addım Rusiyanın "ali diplomatiyanın gündəliyində yenidən öz yerini tutmağa hazır olduğunu" dünyaya göstərəcək.

Bizimesr.az


Загрузка...


Oxunub: 4490 dəfə