Kaliforniyanın hava limanında təyyarə yandı

  • Bölmə: Dünya  
  • Tarix: 22 avq 2019 [15:58]

Kaliforniyanın Oroville şəhərində “Cessna Citation” markalı kiçik təyyarə hava limanının uçuş-enmə zolağında yanıb.

RİA “Novosti” bildirir ki, bu barədə yerli yol polisi xəbər yayıb.

Federal Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə uçuş-enmə zolağında olarkən naməlum səbəbdən hərəkəti dayandırılıb və qısa müddət sonra alovlanmağa başlayıb. 

Təyyarədə olan 10 sərnişin və ekipaj üzvləri dərhal evakuasiya ediliblər.

Bizimesr.az


Загрузка...


Oxunub: 10040 dəfə