Bu ərazilərdə qaz təchizatı dayandırılıb

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 22 avq 2019 [15:29]

Avqustun 22-si səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Naftalan şəhər mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılıb.

Bununla bağlı "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. 

Qeyd edilən saatdan etibarən texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verilib.

Bu gün səhər saat 09:00-dan Hacıqabul rayonunun beş kəndində də qaz təchizatı dayandırılıb. "Qaz İxrac" İdarəsi bu müddət ərzində balansında olan kəmərlərdə qaz sızmalarının ləğvi işlərini həyata keçirəcək.

Bundan başqa, "Qaz İxrac" İdarəsi qaz ölçü qovşağında quraşdırılmış qaz sayğacının əvəzlənməsini də həyata keçirəcək. Bununla əlaqədar olaraq iki saat ərzində (10:00-dan 12:00-dək) Qazax rayonunun üç kəndində qaz olmayacaq.

Həmçinin saat 09:30-dan 17:30-dək qaz sızmalarının ləğvi, orta təzyiqli qaz xəttinin sazlama işləri ilə bağlı İsmayıllı rayonunun mərkəzinin bir hissəsi və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər olacaq.

Bizimesr.az


Загрузка...


Oxunub: 6400 dəfə