ABŞ kosmik nüvə sistemi hazırlayacaq

  • Bölmə: Dünya  
  • Tarix: 21 avq 2019 [17:54]

Ağ Evin mətbuat xidməti ABŞ Prezidenti Donald Trampın memorandumunu yayıb. 

Memorandumda kosmik fəzanın tədqiqatında kosmik nüvə sistemlərindən istifadəyə dair Vaşinqtonun planları haqqında danışılır.

"ABŞ kosmik fəzanın tədqiqatı üzrə imkanların genişlənməsi və stabil təminatı üçün kosmik nüvə sistemlərini hazırlayıb istifadə etməyi planlaşdırır", - deyə Tramp bildirib.

O vurğulayıb ki, məhz belə sistemlərdən təhlükəsiz və stabil şəkildə istifadə etmək qabiliyyəti ölkənin kosmosda üstünlüyünü və strateji liderliyini təmin edəcək.

Bizimesr.az


Загрузка...


Oxunub: 11110 dəfə