- "Bakının bu hissəsində yaşayanların həyatı təhlükədədir" (AÇIQLAMA)
- Qanunsuz torpaq satan bələdiyyə sədrinin məhkəməsi oldu
- Deputatın yarım milyonluq mülkü
- Kardiologiya İnstitutunda Səbzəliyeva tandemi - Hər kəs onu müdafiə etməkdən imtina edib
- Elmi-Tədqiqat Kardiologiya İnstitutunda dava - Direktor işçilər barədə kompramat hazırlatdırır
- yaz Mütəllibov Əbülfəz Elçibəyin evinin təmir etdirilməsindən danışdı: "Çox sağ olunsun Mehriban xanım..."
- Kardiologiya İnstitutunda kütləvi işdən çıxarılma – Direktor qarşısına keçəni işdən uzaqlaşdırır
- Azərbaycan Paşinyana görə Los-Anceles səmasına təyyarələr qaldırdı
- Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova vəzifəsi ilə vidalaşır
- “Nar”-ın dəstək olduğu peşəkar boksçular qələbə qazandılar
Güclü şimal küləyi, leysan, dolu - İstirahət günlərinin havası
- Bölmə: Cəmiyyət
- Tarix: 10 iyl 2019 [20:34]

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın məlumatına görə, yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək:
“Belə ki, havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyir.
İyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. Hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır.
Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər.
Respublikanın rayonlarında, xüsusən, dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir”.
Bizimesr.az