Putinlə Trampın görüşü başa çatdı - YENİLƏNİB

  • Bölmə: Dünya  
  • Tarix: 28 iyn 2019 [11:43]

G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüş başa çatıb.

Ağ evin “Twitter” hesabında yer alan xəbərə görə, görüş saat yarım davam edib.

Prezidentlər bəyan ediblər ki, tərəflər, o cümlədən bütün dünya ölkələri əlaqələrin yaxşılaşmasında maraqlıdır.

“Onlar, həmçinin İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər”, - məlumatda bildirilir.

09:15

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçirilən “Böyük iyirmilik” (G20) sammitində əvvəlcə ayaqüstü söhbət ediblər.

Life.ru xəbər verir ki, iki lider sammitin başlanğıcında xatirə fotoları çəkdirib.

Sonra iki ölkənin liderlərinin görüşü başlayıb. Görüşdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, ABŞ-ın Dövlət katibi Mayk Pompeo, ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və digər şəxslər iştirak edirlər.

Görüş zamanı sabitlik və regional münaqişələr üzrə məsələlər müzakirə olunacaq.

Bizimesr.az


Загрузка...


Oxunub: 15090 dəfə