Oqtay Əsədov: Sabahkı iclas ləğv oluna bilər

  • Bölmə: Siyasət
  • Tarix: 27 iyn 2019 [13:04]

Xəbər verdiyimiz kimi, iyunun 27-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində parlamentin növbəti iclası keçirilir.


 İki gün davam edəcək plenar iclasların gündəliyinə ümumilikdə 49 məsələ daxil edilib. İlk məsələ 2018-ci il dövlət büdcəsinin icrası barədə qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin üçüncü və sonuncu oxunuşu olub. Qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziya Səmədzadənin qısa məlumatı dinlənilib.

Sonra qanun layihəsi səsə qoyularaq üçüncü və sonuncu oxunuşda qəbul edilib.

 

Qanun layihəsi imzalandıqdan sonra hüquqi qüvvəyə minəcək. Oxu.az-ın məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, əgər qanun layihələrini bir gündə müzakirə etmək mümkün olsa, sabahkı iclas ləğv oluna bilər.


Загрузка...


Oxunub: 7130 dəfə