XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?

  • Bölmə: Siyasət  
  • Tarix: 17 iyn 2019 [10:31]

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Müdafiə Nazirliyinin Dağlıq Qarabağda 10 min silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirdiyi ilə bağlı bəyanatına münasibət bildirib.

XİN-in Mətbuat xidmətindən deyilib:

“Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdik. Çünki bu, dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.

Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10 min hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləcəyini bəyan edir. Digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşinqtona münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə “Bundan sonra nə?” sualı ilə müraciət etməli oluruq”.

Bizimesr.az


Загрузка...


Oxunub: 13830 dəfə