Xəzərdə son doqquz gündə üçüncü zəlzələ

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 13 iyn 2019 [11:25]

Xəzər dənizində növbəti dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, bu gün yerli vaxtla saat 10:32-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 4, dərinliyi 47 km təşkil edib.

Xatırladaq ki, iyunun 5 və 7-də də Xəzərdə zəlzələ baş verib.

Bizimesr.az


Загрузка...


Oxunub: 7310 dəfə