Britaniyalı azarkeşlər Avropa Liqasının finalına pulsuz baxa biləcəklər

  • Bölmə: İdman  
  • Tarix: 28 may 2019 [09:50]

Avropa Liqasının finalını yayımlamaq hüququ olan “BT Sport” televiziya şirkəti oyunu Böyük Britaniya izləyiciləri üçün internetdə pulsuz yayımlayacaq.

Bu barədə “Çelsi”nin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, pulsuz yayım şirkətin mobil tətbiqetməsi, həmçinin, sayt və şirkətin “Youtube” kanalında mümkün olacaq.

Xatırladaq ki, final oyunu may 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyun 23:00-da başlayacaq.

Bizimesr.az


Загрузка...


Oxunub: 31960 dəfə