Gürcüstan XİN Azərbaycan dilində təbrik yayımlayıb

  • Bölmə: Siyasət  
  • Tarix: 28 may 2019 [09:20]

Gürcüstan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində Azərbaycana təbrik müraciəti yayımlanıb.

Təbrikin mətni Azərbaycan dilindədir.

“Strateji tərəfdaşımız və dostumuz Azərbaycanı Respublika Günü münasibətilə səmimiyyətlə təbrik edirik. Qardaş Azərbaycan xalqına rifah, əmin-amanlıq və firavanlıq diləyirik”, - təbrikdə deyilir.

Qeyd edək ki, bu gün Azərbaycan Cümhuriyyətinin yaranmasından 101 il ötür.

Bizimesr.az


Загрузка...


Oxunub: 7990 dəfə