- "Bakının bu hissəsində yaşayanların həyatı təhlükədədir" (AÇIQLAMA)
- Qanunsuz torpaq satan bələdiyyə sədrinin məhkəməsi oldu
- Deputatın yarım milyonluq mülkü
- Kardiologiya İnstitutunda Səbzəliyeva tandemi - Hər kəs onu müdafiə etməkdən imtina edib
- Elmi-Tədqiqat Kardiologiya İnstitutunda dava - Direktor işçilər barədə kompramat hazırlatdırır
- yaz Mütəllibov Əbülfəz Elçibəyin evinin təmir etdirilməsindən danışdı: "Çox sağ olunsun Mehriban xanım..."
- Kardiologiya İnstitutunda kütləvi işdən çıxarılma – Direktor qarşısına keçəni işdən uzaqlaşdırır
- Azərbaycan Paşinyana görə Los-Anceles səmasına təyyarələr qaldırdı
- Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova vəzifəsi ilə vidalaşır
- “Nar”-ın dəstək olduğu peşəkar boksçular qələbə qazandılar
Kaliforniyanın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi
- Bölmə: Siyasət
- Tarix: 12 may 2019 [21:01]

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 2019-cu il mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib.
Bu barədə Oxu.Az-a Los-Ancelesdəki Baş Konsulluqdan məlumat verilib.
Məlumata görə, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) müvafiq bəyannamə imzalayıb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilir.
Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunur.
Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi deyilir.
Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə “Azərbaycan Milli Günü” elan edilir.