İrandan xurma qadağası

Bazarın Tənzimlənməsi Komitəsinin qərarına əsasən ramazan ayı ərzində İrandan xurma ixracı qadağan edilib. Komitə, həmçinin xurmanın qiymətinin 15 faiz aşağı salınması haqqında da qərar qəbul edib. Bununla yanaşı, Ramazan ayı ərzində qəndin, şəkər tozunun, kərə yağının, düyünün qiymətlərinin artırılması qadağan olunub.

Xatırladaq ki, mayın 5-də İranda Ramazan ayı başlayır. Dünya müsəlmanları üçün müqəddəs olan bu ay ərzində insanlar niyyət edərək oruc tutur, qida qəbulundan və əyləncədən imtina edirlər.

Bizimesr.az


Загрузка...


Oxunub: 27880 dəfə