“Qarabağ”, yoxsa “Qəbələ” finala çıxacaq?

  • Bölmə: İdman  
  • Tarix: 1 may 2019 [12:18]

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək. Oxu.Az xəbər verir ki, ilk finalçının adına Tofiq Bəhramov adına Respublika stadionunda aydınlıq gətiriləcək.

Burada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.

İlk qarşılaşmada qəbələlilər 1:0 hesablı qələbəyə sevinmişdi. Bakı vaxtı ilə 17:00-da başlanacaq oyunun hakimləri İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov və Rəşad Əhmədovdur.

Sumqayıtda keçirilən ilk oyundan qolsuz bərabərliklə ayrılan “Zirə” və “Sumqayıt” bu dəfə Zirə İdman Kompleksinin stadionunda üz-üzə gələcəklər.

Qarşılaşmanın baş hakimi Əliyar Ağayevdir. Ona Zeynal Zeynalov, Akif Əmirəli və Rauf Allahverdiyev kömək edəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Bizimesr.az

Загрузка...


Oxunub: 31400 dəfə