Neftçalada su hovuzunda partlayış olub, ölən var

  • Bölmə: Hadisə  
  • Tarix: 27 apr 2019 [15:14]

Neftçala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsindəki su hovuzunda partlayış baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Cangan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Vasif Məzahim oğlu Nəcəfov həyətdəki hovuza su nasosu (elektrik) ilə su vururmuş. Bu zaman təzyiqə dözməyən su hovuzunda partlayış baş verib. Nəticədə ev sahibi mişar daşları altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimesr.az


Загрузка...


Oxunub: 23700 dəfə