Ukraynalı multimilyoner Rusiyada həbs edildi

  • Bölmə: Dünya  
  • Tarix: 27 apr 2019 [14:51]

Rusiya İstintaq Komitəsi ukraynalı biznesmen Pavel Klimetsi saxlayıb.”Bizimxeber” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

O, külli miqdarda rüşvət almaqda ittiham olunub. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsilə cinayət işi açılıb.

Qəzet ukraynalı multimilyonerin Moskvaya Donbas ərazisində 2014-cü ildəki müharibədən sonra itirdiyi aktivlərini yenidən bərpa etmək üçün gəldiyini iddia edib. Belə ki, o, bu savaşdan sonra öz sərvətinin 40%-ni itirib.

Bizimesr.az


Загрузка...


Oxunub: 11970 dəfə