Qəzaya düşən Əməkdar artistin vəziyyəti ağırdır - YENİLƏNİB

  • Bölmə: Hadisə  
  • Tarix: 27 apr 2019 [14:46]

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mehriban Xanlarova avtomobil qəzası keçirib. Qaynarinfo xəbər verir ki, aktrisanın vəziyyətinin ağır olduğu bildirilib. Xanlarovanın “Instagram” səhifəsində yaxınları paylaşım edərək, onun səhhətinin pişləşdiyi vurğulanıb:

“Keçirdiyi avtomobil qəzası nəticəsində Mehriban xanımın səhhətində ciddi problemlər yaranıb. Hal-hazırda vəziyyəti orta ağırdır. Dualarınıza ehtiyacı var”.
Qeyd edək ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Ötən gün aktrisanın vəziyyətinin yaxşı olduğu açıqlanmışdı.
21:40

Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib. Unikal.org  xəbər verir ki, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.

Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.

Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Avtoqəzanın təfərrüatları araşdırılır.

  • Azərbaycanda məşhur aktrisa yol qəzasına düşdü:vəziyyəti... - FOTO
Bizimesr.az

Загрузка...


Oxunub: 28630 dəfə