Prezidentin Çin səfəri və Azərbaycan iqtisadiyyatı üçün yeni perspektivlər

Bu günlərdə prezident İlham Əliyev ikinci “Bir kəmər – bir yol” Beynəlxalq Forumunda iştirak etmək üçün Çinə rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçısı Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb, onu Azərbaycana dəvət edib.

İlham Əliyevin Çin səfərinin yekunu olaraq, Azərbaycan və Çin şirkətləri arasında ümumilikdə  milyon dollar məbləğində müqavilələr bağlandı.

Xüsusilə, Sumqayıt kimya-sənaye parkının ərazisində avtomobil şinlərinin istehsalı zavodunun inşası, Kürdəmir rayonunda 300 ha sahədə istixana kompleksinin yaradılması, Quba, Göyçay və Xaçmaz rayonlarında aqro-logistik sənaye parklarının yaradılması ilə bağlı müqavilələri qeyd etmək olar.

Bundan başqa Azerbaijan Digital HUB proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılması haqda müqavilə, “Transxəzər Nəqliyyat Dəhlizi” vasitəsi ilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-ə yaxın konteynerin nəqli, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracına dair müqavilələr imzalandı.

Çinin bu gün dünya iqtisadiyyatı və siyasətində hansı yeri tutduğunu deməyə lüzum yoxdur. Heç kimə sirr deyil ki, Çin ABŞ və Avropa İttifaqı ilə yanaşı dünyanın aparıcı iqtisadiyyata malik ölkələrindən sayılır. Ona görə də, dövlət başçısının bu ölkəyə səfəri təsadüfi deyil. Bakının Çin və bu ölkə ilə iqtisadi əməkdaşlığa böyük ümidləri və gözləntiləri var. Gözləntilər İlham Əliyevin səfəri zamanı özünü doğrultdu.

Böyük Çin bazarı bütün dünyanın diqqətindədir, bütün dövlətlər onun bazarında müəyyən paya sahib olmaq uğrunda rəqabət aparır. Azərbaycan da bu planda istisna deyil. Bu gün ölkə rəhbərliyi kənd-təsərrüfatı istehsalatının artırılması ilə bağlı vacib addımlar atır, Azərbaycanın aqrar sektorunun hədəfləri şimaldan, sonsuz perspektivləri olan Çin bazarına yönləndirilsə, Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüyər.

Digər vacib məqam – telekommunikasiya sahəsi ilə bağlıdır. Xüsusilə, ölkə başçısının Çinin bu sektordakı aparıcı korporasiyalarının rəhbərləri ilə keçirdiyi görüşləri qeyd etmək yerinə düşər. İlham Əliyev telekommunikasiya sahəsinin liderləri ilə görüşdü. Bu, Azərbaycan dövlət başısının uzaqgörən strateji siyasətindən xəbər verir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya enerji axınlarının şaxləndirilməsinin təminatında əsas bəndlərdən birinə çevrilməyi qarşıya məqsəd qoymuşdu. Çətinlikə də olsa bunun öhdəsindən layiqincə gəldi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təchizatı təhlükəsizliyində kifayət qədər önəmli rol oynayır. Gözləntilər bütün aspektlərdə özünü doğrultdu. Azərbaycan iqtisadi baxımdan cəlb edici ölkəyə çevrildi, digər yandan, böyük yatırımlar və onların düzgün şəkildə yönləndirilməsi ölkəni təkcə Cənubi Qafqazda yox, onun hüdudlarından kənarda belə ciddi siyasi oyunçuya çevirdi.

Ancaq Azərbaycan rəhbərliyi bu nailiyyətlərlə kifayətlənmək fikrində deyildi. Ölkə rəhbərliyi  inkişafın və dünyada öz geosiyasi mövqeyini gücləndirməyin yollarını axtarmağa başladı. Azərbaycan öz coğrafi mövqeyi nəzərə alınmaqla logistikaya böyük yatırımlar qoyur, beləcə Avropa İttifaqı və Çin arasında dəmiryolu “hab”ına çevrilməyə can atır. “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Bakı-Tbilisi-Qars layihəsinin gerçəkləşdirilməsi, həmçinin Hindistanı Şimali Avropa ilə birləşdirəcək “Şimal-Cənub” layihəsinə böük yatırımların qoyulması, vacib nəqliyyat qovşağı kmi Avrasiyada Azərbaycanın mövqeyini gücləndirdi.

Ona görə, bu gözləntilər də özünü doğrultdu. Belə ki, cari ilin ikinci yarısından etibarən “Bir kəmər, bir yol” layihəsi tam gücü ilə işləməyə başlayacaq, bu isə öz növbəsində ölkəni həm Qərb, həm də Şərq ölkələri ilə ticari-iqtisadi əlaqələrini genişləndirməsinə əlverişli şərait yaratmış olacaq.

Ancaq Azərbaycan bununla da kifayətlənən deyil. Böyük ehtimalla yaxın zamanda Azərbaycanın nəzər nöqtəsinə İKT sahəsi düşəcək. Məlum olduğu kimi, hazırda Yaxın Şərqin bir hissəsi, daha dəqiq desək, İran və İraq Azərbaycanın hesabına beynəlxalq şəbəkəyə (internetə) giriş əldə edir. İndi isə Xəzər dənizinin dibi ilə Türkmənistana, oradan isə yerdə qalan Mərkəzi Asiya ölkələri, o cümlədən, Əfqanıstan və Pakistana fiber-optik xəttin çəkilməsi gözlənilir.

İlham Əliyevin telekommunikasiya şirkətlərinin rəhbərləri ilə görüşü təsadüfi deyildi. Görünən odur ki, Azərbaycan internetin təchizatında regionun aparıcı oyunçusuna çevrilməyə can atır.

Bundan savayı, Azərbaycanın yüksəksürətli internetə olan daxili tələbatı da ödənəcək, ölkə “internet-hab” qismində regionda vacib rol oynayacaq. Bu yöndə Azərbaycanın artıq Çinin “Huawei” şirkəti ilə əməkdaşlıq təcrübəsi var.

Strateji nöqteyi nəzərdən baxsaq, hər şey dövlət başçısının planına uyğun getsə, yaxın zamanda Azərbaycana Çindən böyük yatırımlar daxil olacaq.

Bizimesr.az


Загрузка...


Oxunub: 19630 dəfə