Bakı-Sumqayıt yolunda sərnişin avtobus qəzası (YENİLƏNİB/FOTO)

  • Bölmə: Hadisə  
  • Tarix: 27 apr 2019 [14:30]
Bakı-Sumqayıt yolunda “Hyundai Terracan” markalı avtomobil ötmə əməliyyatı edərkən qarşısında hərəkətdə olan 523 nömrəli marşrut avtobusuna çırpılması zamanı ciddi xəsarət alan yoxdur, Qaynarinfo xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
Qurum rəsmisi bildirib ki, sərnişinlərə hadisə yerində ilkin tibbi yardım göstərilib.
***11.29
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Bizimxeber” ONA-ya istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolunda Saray postunun yaxınlığında “Hyundai Terracan” markalı avtomobil qarşısında hərəkətdə olan 523 nömrəli marşrut avtobusuna çırpılıb.
İdarəetməni itirən avtobus yol çiynindəki ağaclara dəyərək dayanıb. Hadisə nəticəsində ciddi xəsarət alanların olduğu bildirilir.
Bizimesr.az

Загрузка...


Oxunub: 21420 dəfə