Kiyevdən inanılmaz təklif: Moskvada Ukrayna pasportu paylanılsın

  • Bölmə: Dünya  
  • Tarix: 26 apr 2019 [17:22]

Ukrayna Ali Radasının deputatı Yevgeni Rıbçinski qeyri-adi təklif irəli sürüb. O, Moskvanın mərkəzində sakinlərə Ukrayna pasportu paylamağı təklif edib.

Bu barədə “Politnaviqator” məlumat yayıb.

Plenar iclasda söz alan deputat “Kubanlı etnik ukraynalılar”dan savayı, Rusiya paytaxtında “təsəvvürə gəlməyəcək sayda ukraynalılar”ın yaşadığını qeyd edib.

“Dumada oturanlar elə bunun fikrini çəkirlər. Fikirləşirlər ki, “görəsən, Ukrayna pasportlarının verilməsini dayandırmaq üçün hansı beynəlxalq təşkilata müraciət edək?!” Kiməsə elə gələ bilər, mən bunu zarafat üçün deyirəm. Əsla, mən tam ciddiyəm, bu, zarafat deyil”, - deyə deputat söyləyib.

Qeyd edək ki, Rıbçinskinin bu çıxışı Rusiya prezidenti Vladimir Putinin Donbas sakinlərinə Rusiya pasportunun verilişi qaydalarının sadələşdirilməsi barədə aprelin 24-də imzaladığı fərmanına reaksiyası olub.

Bizimesr.az


Загрузка...


Oxunub: 8490 dəfə