Azərbaycan Qran-Prisində qəza: bolidi aparan kran keçidə ilişdi - YENİLƏNİB + FOTO

SOCAR Azərbaycan Qran-Prisi zamanı daha bir xoşagəlməz hal baş verib.

Oxu.Az xəbər verir ki, “Formula-1”də sərbəst yürüş zamanı qəza keçirən “Williams” komandasının pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüstü piyada keçidinə ilişib.

Nəticədə keçid zədələnib.

Kran isə qırılıb və ondan axan yağ bolidin üzərinə tökülüb.

Yekunda Corc Rasselin bolidini boksa ikinci kranla gətirmək mümkün olub.

Qeyd edək ki, bu qəza səbəbindən sərbəst yürüş yarımçıq saxlanılıb və ləğv olunub. Buna FIA qərar verib.

 

12:40

Bakıda “Formula-2” üzrə sərbəst yarışlar keçirilib.

Oxu.Az xəbər verir ki, SOCAR Azərbaycan Qran-Prisində artıq ilk qəza baş verib.

Belə ki, “ART Grand Prix” komandasının rusiyalı pilotu Nikita Mazepin dönmə edərkən qəza edib.

Həmçinin, “MP Motorsport” komandasının hindistanlı pilotu Mahavir Raqunatan da bu döngəni düzgün keçə bilməyib.

Bizimesr.az

 



Загрузка...


Oxunub: 13350 dəfə