Putin və İlham Əliyev Pekində görüşdü - YENİLƏNİB + FOTO

12:59

Yeni görüşümüzə görə çox şadam. Görüşlər əlaqələrimizin inkişafına çox ciddi təkan verir. Biz mütəmadi görüşük və əlbəttə ki, bütün sahələrdə qarşılıqlı fəaliyyətin və əməkdaşlığın vacib məsələlərini həll edirik. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.

Rusiya prezidentinin saytında dərc olunan materialda qeyd olunub ki, İ.Əliyev Rusiya-Azərbaycan əlaqələrinin inkişafından məmnunluğunu dilə gətirib:

“Biz əlaqələrimizin inkişafından məmnunuq. O, bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz ticarət dövriyyəsinin artımını müşahidə edirik. 

Qeyd etdiyiniz kimi, konkret layihələrin inkişafı üçün xüsusi mexanizm var. İşgüzar dairələrdə bir yerdə işləmək üçün böyük maraq var. 

Əlbəttə, əməkdaşlığın ən əhəmiyyətli istiqaməti nəqliyyat-logistika sektorudur. Burada da bizim yaxşı nəticələrimiz var. Enerji, kənd təsərrüfatı, humanitar əməkdaşlıq...

Düşünürəm ki, bu gün qarşılıqlı əlaqələr istər ikitərəfli gündəlikdə, istərsə də regionalda dayanan istənilən məsələni həll etməyə imkan verir. Buna görə də əminəm ki, bu görüşümüz də dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət əsasında formalaşdırılan əlaqələrimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu əlaqələri yüksək qiymətləndiririk və bu əlaqələrin daha da inkişaf edəcəyinə inanırıq”.

12:31

Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan prezidenti İlham Əliyevin Pekində görüşü keçirilib. 

“RİA Novosti” xəbər verir ki, Putin görüş zamanı Rusiya-Azərbaycan-İran üçtərəfli sammitinin bu ilin avqustunda Rusiyada keçiriləcəyini bildirib. 

“Biz Rusiya-Azərbaycan-İran üçtərəfli sammitinin bu ilin avqustunda Rusiyada keçirilməsi ilə bağlı razılığa gəlmişik”, - Putin bildirib. 

O qeyd edib ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 14% artaraq, 2,5 milyard dollara çatıb.

 

 

Bizimesr.az



Загрузка...


Oxunub: 23540 dəfə