Marsda zəlzələ baş verib

  • Bölmə: Dünya  
  • Tarix: 24 apr 2019 [17:30]

Fransanın ABŞ-a məxsus “InSight” enmə aparatına yerləşdirilmiş SEIS seysmometri dünyada ilk dəfə olaraq Mars planetində zəlzələ qeydə alınıb.

RİA Novosti xəbər verir ki, bu barədə  aprelin 23-də Fransanın CNES kosmik agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, siqnal aprelin 6-da  qeydə alınıb. Bu siqnalların Amerikanın  “Apollo” kosmik gəmilərinin uçuşları zamanı Ayda qeydə alınmış zəlzələlərə oxşar olduğu bildirilir.

Bizimesr.az


Загрузка...


Oxunub: 7860 dəfə