Əzizovun iki ay əvvəl təmizlədiyi yol yenidən zəbt olundu

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 22 apr 2019 [17:25]

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun iki ay əvvəl küçədən yığışdırtdığı stol-stullar yenidən öz yerində peyda olub. 7news.az saytının yaydığı xəbərə görə, fevral ayında sakinlərin şikayəti əsasında Bakının mərkəzində, “Tarqovı”da fəaliyyət göstərən “PASSAGE 145” restoranının vətəndaşların gediş-gəliş yolunu zəbt edərək küçəyə düzdüyü stol-stullar götürülmüşdü.

Bu günlərdə restoran yenidən küçəni tutub.  Təqdim olunan videodan da aydın olur ki, sakinlər üçün nəzərdə tutulan yol qəlyanxanaya çevrilib.

Bizimesr.az


Загрузка...


Oxunub: 14770 dəfə