“Range Rover”lə piyadanı vurub öldürən kimdi?

  • Bölmə: Hadisə  
  • Tarix: 13 apr 2019 [13:45]

Ötən gün axşam  Hacıqabul rayonu ərazisində  piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Rayonun Padar  kəndi ərazisində  Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü  Bəxtiyar Əlizadə idarə etdiyi “Range Rover” markalı 90 SV 091 dövlət qeydiyyat nömrəli  avtomaşınla yolu keçən piyada Ağdaş rayon sakini 1991- ci il təvəllüdlü Həmidov Xəyal Elton oğlunu vurub.

Piyada xəstənaya aparılarkən yolda ölüb. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə  dair işlər üzrə istintaq  və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizimesr.az


Загрузка...


Oxunub: 15700 dəfə