Daha bir güləşçimiz Avropa çempionatında yarımfinala adlayıb

  • Bölmə: İdman  
  • Tarix: 10 apr 2019 [11:25]

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilər mübarizəyə başlayıb. 

Türkan Nəsirova (-50 kq) və Elmira Qəmbərova (-59 kq) gərgin keçən görüşlərdə müvafiq olaraq Ukrayna və Rusiya təmsilçilərinə məğlub olub.

Dünya üçüncüsü İrina Netreba bu dəfə gücünü 68 kq-da sınayıb. Debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gələn yığmamızın üzvü 1/4 finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək adını yarımfinala yazdırıb. Onun bu mərhələdəki rəqibi ukraynalı Alla Çerkasova olacaq.

Ötən il Avropa çempionatında bürünc medal qazanan Səbirə Əliyeva (-76 kq) startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra macar həmkarıyla bacarmayıb. 

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

Bizimesr.az



Загрузка...


Oxunub: 15680 dəfə