Alimlər ilk dəfə qara dəliyi göstərdi - FOTO

Avropa Cənub Rəsədxanasının alimləri ilk dəfə Süd Yolunun mərkəzində yerləşən qara dəliyin üfüqdə görünən tərəfini göstəriblər.

Alimlər “Event Horizon Telescope” qlobal teleskop şəbəkəsi tərəfindən hazırlanan işin nəticəsi ilə bağlı Avropa Komissiyası və Avropa Tədqiqat Şurasının mətbuat konfransında məlumat veriblər.

Tədqiqatçılar qara dəliyin “kölgə”sinin görüntüsünü əldə ediblər – üfüq hadisələrinə uyğun görünən radiasiya fonunda qara sahə. Bu obyekt Yerdən 26 min işıq ili məsafəsində Oxatan bürcündə yerləşir.

Qara dəlik hər hansı bir cismin güclü sıxılmasından əmələ gələn obyektdir. Qara dəliklərin görünməmə səbəbi isə odur ki, onlar həddən artıq güclü qravitasiya qüvvəsinə sahibdirlər. Hətta işiq belə ordan çıxa bilmir. O, işığı da özünə cəzb edib saxlayır.

Qara dəliyin yaranma səbəbi isə ulduzların müəyyən bir vaxtdan sonra enerjisini bitirməsi və cırtdanlaşmasıdır. Bu hadisə bir növ partlayış kimi başa düşülə bilər. Geridə qalan güclü sıxlığa malik qalıq isə qara dəlikdir. Yəni, udluz “ölür” və qara dəlik yaranır.

“Event Horizon Telescope”a bütün dünya üzrə səkkiz rəsədxana daxildir. Astronom Maykl Bremerin sözlərinə görə, onlar hamısı diametri 10 min kilometr olan bir teleskop kimi fəaliyyət göstərir.

 


Загрузка...




Oxunub: 15180 dəfə