Makrondan gözlənilməz bəyanat

  • Bölmə: Siyasət  
  • Tarix: 17 mar 2019 [17:07]

Fransa prezidenti Emmanuel Makron “sarı jiletlər”in Parisdə törətdiyi iğtişaşları pisləyib. O bu barədə özünün Twitter səhifəsində yazıb. 

Makron qeyd edib ki, baş verənləri artıq etiraz aksiyası adlandırmaq olmaz. “Bu insanlar respublikanı məhv etmək istəyirlər. Orada olanların hamısının bu işdə əli var”, – deyə o vurğulayıb.

Fransa prezidenti həmçinin qeyd edib ki, oxşar halların gələcəkdə baş verməməsi üçün güclü qərarlar qəbul edilməlidir.

Bizimesr.Az

Загрузка...


Oxunub: 12490 dəfə