İlin sonunadək Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 18 okt 2018 [16:53]

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti bu ilin sonunadək ölkə ərazisində 400-ə yaxın yeni 4G baza stansiyası istifadəyə verəcək. 

Şirkət 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. İl ərzində istifadəyə verilmiş 380 LTE (4G) stansiyasından 120-si ölkənin müxtəlif bölgələrində quraşdırılıb. Bunun sayəsində “Bakcell”in yüksək keyfiyyətli 4G xidməti artıq Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın 40-a yaxın region və şəhər mərkəzində mövcuddur.

Bu gün “Bakcell” istifadəçiləri ümumilikdə 7000-dən çox baza stansiyası vasitəsilə ölkənin ən etibarlı, ən sürətli və ən iri mobil şəbəkəsinin bütün üstünlüklərindən tam şəkildə yararlanmaq imkanına malikdirlər. Bundan əlavə, əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsi “Bakcell”ə məxsusdur. Şirkətin 1300-dən çox LTE baza stansiyası ilə saniyədə 225 meqabitə qədər sürəti dəstəkləyən 4G şəbəkəsi gündən-günə genişlənir.

“Bakcell” öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək üçün şəbəkə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq tədbirlər görür. Nəticədə, abunəçilər ən yüksək keyfiyyətli və etibarlı mobil zəng və internet xidmətinin üstünlüklərindən yararlanırlar.

“Bizim gördüyümüz işlərə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Bu yaxınlarda “Bakcell” “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış “Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, “Bakcell” şəbəkəsi ölkədə ən yüksək ortayükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18 min ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirdiyi 80 min sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

“Bakcell” özünün yüksək keyfiyyətli mobil şəbəkəsinin modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsini davam etdirir.

“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. “Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün “www.bakcell.com” internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək press-relizlərlə tanış olmaq üçün isə “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olmaq mümkündür.

Qeyri-Bakcell abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Загрузка...


Oxunub: 28080 dəfə