Ailəsi Fazil Məmmədovun səhhəti ilə bağlı açıqlama verdi

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 6 apr 2018 [12:25]

Dünən Azərbaycan KİV-də sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi barədə informasiya yayılmışdı. Bildirilirdi ki, aprelin 4-də axşam saatlarında sabiq nazirin qəfildən ürəyi tutub. Bu gün isə sabiq nazirin Gəncə Beynəlxalq Xəstəxanasında olduğu bildirilib.

 

 “Bizimesr” xəbər verir ki, insider.az məsələ ilə bağlı Fazil Məmmədovun ailəsi ilə əlaqə saxlayıb.

Sabiq nazirin ailəsi məlumatı təkzib edərək qeyd edib ki, yayılan informasiya həqiqəti əks etdirmir. Fazil Məmmədovun səhhətində problem olmadığı bildirilib.

Bizimesr.az


Загрузка...


Oxunub: 82050 dəfə