Metroda gecikmə ilə bağlı açıqlama – FOTO

“Bakı Metropoliteni” QSC “Elmlər Akademiyası” stansiyasında qatarın 10 dəqiqə gecikməsi ilə bağlı yayılan məlumatları şərh edib. Bizimxeber.az -ın xəbərinə görə, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, “Elmlər Akademiyası”nda qatarın 18:38-də 9 dəqiqə 21 saniyə gecikməsi ilə bağlı yazılmış məlumatlar doğru deyil.

“Həmin saatlarda monitorlardakı saatlarda donma baş verib. Monitorda göstərilən vaxtdan 15 dəqiqə əvvəli və 15 dəqiqə sonranı şəxsən özüm kameralardan izlədim. Ən çox interval 5 dəqiqə 10 saniyə idi. Bu da “Elmlər Akademiyası” stansiyası üçün normaldır”.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 112540 dəfə