Biləsuvarda işgüzar forum keçirildi

23 noyabr 2017-ci il tarixdə  Biləsuvar rayon Aşağı Cürəli kəndində  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və  Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi.

Tədbirdə  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, rayonun aidiyyəti  müəssisə rəhbərləri,  bələdiyyə sədrləri, yerli sahibkarlar, iş adamları, bankların və kredit təşkilatlarının,  ictimaiyyətin nümayəndələri, və KİV nümayəndləri  iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə respublikamızda sahibkarlığın inkişafından bəhs edən slayda tamaşa etdilər.

Sonra   Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək respublikamızda sahibkarlığın  inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda  bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi.Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda  qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən   tədbirlər  bütövlükdə respublikamızın, eləcədə hər bir regionun inkişaf istiqamətlərini, imkanlarını və perspektivlərini müəyyən edir.

Hazırda  regionlarda qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər  Biləsuvar rayonunda da öz bəhrəsini verməkdədir. Biləsuvar  həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olmuş, daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınmışdır.

M.Quliyev  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın inkişafına göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etdi ki, məhz bu qayğının nəticəsidir ki, son illərlə müqayisədə bu il dəfələrlə çox 11351 hektar sahədə pambıq əkilmişdir.Bu günədək sahələrdən 23 min ton pambıq yığılmışdır və hazırda yığım davam edir. Ölkə rəhbərinin

Bizimesr.az

Загрузка...


Oxunub: 104320 dəfə