Onun sözlərinə görə, rüsumların azaldılması pərakəndə satış qiymətlərinə də təsir edəcək: “Əhali bunu tez bir zamanda hiss edəcək. Rüsumlar azaldılıbsa, bu, kərə yağının pərakəndə satış qiymətinə də təsir edəcək. Qiymətlərin yüksək olmasına görə bir çoxları idxalçıları qınayırdı.
Lakin nəzərə almalıyıq ki, kərə yağı Azərbaycana Yeni Zelandiyadan idxal olunur ki, orada da bahalaşma baş verib. Üstəlik, nəqliyyat xərcləri, dolların məzənnəsi kimi faktorlar da nəzərə alınmalıdır. Hökumət rüsumları azaltmaqla kərə yağının ucuzlaşmasına şərait yaratmış oldu”.
Qeyd edək ki, yuxarıda qeyd edilən qərar dərc edildiyi gündən (bu gündən) 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir.