"8-ci km bazarı"nda gərgin anlar: 500 nəfərin köşkü söküldü (FOTOLAR)

Bu gün səhər saatlarından başlayaraq, 8-ci kilometr bazarının ətrafında olan taxtadan tikilmiş, kiçik ticarət obyektləri sökülməyə başlanıb. Bu işdə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları iştirak ediblər.
Söküntü zamanı xeyli adama ziyan dəyib.
"Bizimesr" xəbər verir ki, yenicag.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, obyekt sahibləri etiraz əlaməti olaraq yolu kəsmək istəyiblər.
Döyülənlər olub. Hətta qarşıdurma zamanı bir nəfərin də özündən getdiyi bildirilir. Səlahiyyətli şəxslər sözügedən əməliyyatın təhlükəsizliklə bağlı olduğunu deyirlər.
Hazırda ərazidə təmizləmə işləri aparılır. Köşkləri sökülən 500 nəfərin sabah çörəkpulunu necə qazanacaqları hələ ki, heç kimə məlum deyil.
Bizimesr.az




Загрузка...


Oxunub: 60850 dəfə