"Qadından qurtulmaq üçün xəyanət etməlisən"

  • Bölmə: Maqazin  
  • Tarix: 24 okt 2017 [15:07]

Rejissor Aqil M.Quliyev "Hər şey daxil" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, rejissor xəyanətdən danışıb. O, "Deyirlər çoxlu sevgililəriniz olub" sualına belə cavab verib:

"İndi subayam, bunlar hamısı şayiələrdir. Xəyanət etmişəm və bunu bilib məndən ayrılan sevgilim də olub. Heç gizlətmək də istəməmişəm. Hərdən xəyanət yeganə yoldur ki, qadın özü sənə desin, get. Qadın var kişini caynağına keçirir və görürsən ki, ondan getmək alınmır. Yeganə yol odur ki, qadına xəyanət edəsən. Onu özünə qarşı belə bir addımla vurursan, o, özü artıq səndən uzaqlaşmağa başlayır".

Bizimesr.az


Загрузка...


Oxunub: 106450 dəfə