Ağsu aşırımında təhlükəli vəziyyət

Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib. "Bizimesr" xəbər verir ki, Report-un Şirvan bürosunun məlumatına görə, son günlər intensiv yağışlar səbəbi ilə sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunub. Ağsu rayonu ərazisində mövcud sürüşmə nöqtələrində uçqunlar baş verib.

Sürüşmə Bakı-Ağsu-Yevlax magistralının Ağsu rayonu ərazisindən keçən hissəsində, yolun 142, 148, və 153-cü kilometrliklərində qeydə alınıb. Sürüşmənin baş verdiyi ərazilərdə yolun bir hissəsi çöküb.

Mütəxəssislərin fikrincə, ərazi aktiv sürüşmə zonası hesab olunur. Bu səbəbdən də yağışlardan sonra dağın yamac hissəsində böyük torpaq axını qeydə alınıb, qrunt suları isə sürüşmənin miqyasını artırıb.

Sürüşmə ərazisinin uzunluğu təqribən 20-30 metr, dərinliyi 10-20 santimetr, bəzi yerlərdə 30 santimetrə çatır.

Qeyd edək ki, sürüşmə yola doğru davam edir. Ərazi Yol İstismar Idarəsi tərəfindən nəzarətə götürülüb.

E.Ə.


Загрузка...


Oxunub: 75740 dəfə