Roza “qara siyahı”da olduğu kanalda veriliş aparacaq

Müğənni Roza Zərgərlinin “Bakı vaxtı ilə” proqramı “Lider” telekanalında yayımlanacaq. Bizimxeber.az-ın Axşam.az-a istinadla məlumatına görə, verilişin yeni mövsüm buraxılışı oktyabrın 22-i, saat 18:00-da efirə gedəcək.

Artıq 4 ildir ki, yayımlanan “Bakı vaxtı ilə” ad gününü də efirdə qeyd edəcək. Qeyd edək ki, proqram bundan əvvəl “ATV” və “İTV”-də efirə gedib. R.Zərgərli bir neçə ildir “Lider” kanalının “qara siyahı”sında idi. O, dəfələrlə telekanalda efirə buraxılmadığını söyləyib.

Bizimesr.az

Загрузка...


Oxunub: 72740 dəfə