Qabaqcıl müəllim “Tərəqqi” medalı ilə təltif edildi

Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyev Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə bir qrup qabaqcıl müəllim və təhsil işçisini fəxri adlarla təltif edib. Onların arasında M.Rahim adına 7 saylı tam orta məktəbin müəllimi Abdulova Şövkət Məmmədrza qızı da var.


O, ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Şövkət Abdulova işlədiyi kollektivdə öz işinin mahir bilicisi olan müəllim kimi tanınır və müəllimlərin, şagirdlərinin dərin rəğbətini qazanıb.

 

 

Pedaqoji fəaliyyəti dövründə daim uğurlara imza atan Şövkət Abdulova yenilikçi, innovativ müəllim kimi tanınır. Şövkət müəllimi yüksək dövlət təltifi münasibətilə təbrik edir, ona pedaqoji fəaliyyətində yeni-yeni uğurlar, cansağlığı arzulayırıq.

Təbrikə xüsusi olaraq məktəbin 6b sinifinin şagirdləri və valideynləri də qoşulur, Şövkət xanıma daha böyük uğurlar arzulayır…


Bizimesr.az

Загрузка...


Oxunub: 142760 dəfə