Xəstəliyinin heç kim tərəfindən bilinməsini istəməyən, hətta öz övladından belə gizlədən Naim Süleymanoğlu “Heç kimə deməyin, heç kimə zəng etməyin və kömək istəməyin. Onsuz da kifayət qədər yaşamışam, ölsəm, öləcəm” deyib. Lakin sabiq atletin vəziyyəti pisləşəndən sonra yaxınları digər məşhur atlet Xəlil Mutluya bu barədə xəbər vermək məcburiyyətində qalıblar.