Türkiyə HHQ İraqın şimalını bombalayır

  • Bölmə: Hərb  
  • Tarix: 28 iyl 2017 [11:35]

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK mövqelərini bombalayır. "Bizimxeber"  Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələri Baş Qərargahının məlumatında qeyd olunur.

Baş Qərargahın verdiyi məlumata görə, Türkiyə təyyarələri 7 PKK məntəqəsini dağıdıb, eləcə də hücum nəticəsində 4 terrorçu məhv edilib.

Son məlumata görə, hazırda əməliyyat davam edir.

Bizimesr.az


Загрузка...


Oxunub: 29340 dəfə