- "Bakının bu hissəsində yaşayanların həyatı təhlükədədir" (AÇIQLAMA)
- Qanunsuz torpaq satan bələdiyyə sədrinin məhkəməsi oldu
- Deputatın yarım milyonluq mülkü
- Kardiologiya İnstitutunda Səbzəliyeva tandemi - Hər kəs onu müdafiə etməkdən imtina edib
- Elmi-Tədqiqat Kardiologiya İnstitutunda dava - Direktor işçilər barədə kompramat hazırlatdırır
- yaz Mütəllibov Əbülfəz Elçibəyin evinin təmir etdirilməsindən danışdı: "Çox sağ olunsun Mehriban xanım..."
- Kardiologiya İnstitutunda kütləvi işdən çıxarılma – Direktor qarşısına keçəni işdən uzaqlaşdırır
- Azərbaycan Paşinyana görə Los-Anceles səmasına təyyarələr qaldırdı
- Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova vəzifəsi ilə vidalaşır
- “Nar”-ın dəstək olduğu peşəkar boksçular qələbə qazandılar
MTN polkovniki: "Mən özüm zərərçəkmişəm"
- Bölmə: Kriminal
- Tarix: 6 iyl 2017 [17:55]

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. V. Güləli elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini deyib: “Mən özüm zərərçəkmişəm, aldadılmışam”.
C. İbayev, V. Əsədov və A. İsmayılov özlərini təqsirli bilməyiblər. Nicat Əliyev isə özünü qismən təqsirli bilib.
Sonra zərərçəkmiş şəxslər ifadə veriblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. İş üzrə 5 zərərçəkmiş şəxs tanınıb.
Təqsirləndirilən şəxs V. Güləli zərərçəkmiş Misir Umudovu ləğv edilmiş MTN-ə düzəldəcəyini deyərək, onun 8 min manatını dələduzluq yolu ilə ələ keçirib.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Xatırladaq ki, V. Güləli MTN-in polkovniki olub.
Bizimesr.az