Ukraynanın erməni nazirindən ŞOK İDDİA

  • Bölmə: Dünya  
  • Tarix: 28 iyn 2017 [18:37]

Rəsmi Kiyev hesab edir ki, bir neçə gündür bəzi ölkələrdə xeyli fəsadlar törətmiş “Petya.A” virusunun yayılmasında rusiyalı hakerlərin əli ola bilər. Xatırladaq ki, bu virusdan ən çox əziyyət çəkən ölkələr arasında Rusiyanın özü də var.
Virtualaz.org xəbər verir ki, Ukraynanın infrastruktur naziri, milliyyətcə erməni olan Vladimir Omelyan özünün “Facebook” səhifəsində kiberhücumlarda Rusiyanı ittiham edib. Məmurun fikrincə, bunu “virus” sözünün özü də sübuta yetirir.
“Təsadüfi deyil ki, “virus” sözü “RUS” hərf birləşməsi ilə bitir”, – Omelyan öz səhifəsində yazıb.
Bildirək ki, “Petya.A” virusunun yayılması üzündən Ukrayna və Rusiyadan savayı, İtaliya, İsrail, Serbiya, Macarıstan, Rumıniya, Polşa, Argentina, Çexiya və Almaniya istifadəçiləri də zərər görüblər.

Bizimxeber.Az

Загрузка...


Oxunub: 24020 dəfə