Tramp yenə özünü gülünc vəziyyətə qoydu

  • Bölmə: Dünya  
  • Tarix: 22 iyn 2017 [16:22]

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə tikiləcək sərhəd divarı barədə açıqlama verərkən bu ideyanın özünə aid olduğunu bildirib.

 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Meksika ilə cinayətkarların ABŞ-a girişinin qarşını almaq məqsədilə tikiləcək divara həm də günəş enerjisi istehsalı üçün günəş panellərinin yerləşdirilməsi ideyası uzun müddətdir müzakirə mövzusudur. Şirkətlər tərəfindən irəli sürülmüş bu ideyanı həyata keçirmək üçün 200-dən artıq şirkət müraciət edib. Tramp isə çıxışında bu ideyanın ona aid olduğunu iddia edərək "Yaxşı ideyadır, elə deyil? Mənim fikrimdir" deyib.


Загрузка...


Oxunub: 10940 dəfə