Azərbaycanlının diri-diri basdırılmasını sifariş edən- “Lotu Quli”

  • Bölmə: Kriminal  
  • Tarix: 21 iyn 2017 [10:56]

Moskva polisi azərbaycanlı iş adamına qəsd edən şəxslər saxlanılıb.

 

“Ölkə.Az" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib. Onun sözlərinə görə, biznesmen Hikmət Salayevi diri-diri basdıran üç şəxs saxlanılıb.

 

“Hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Daha iki şübhəli şəxs beynəlxalq axtarışa verilib, bir nəfər isə Dağıstanda gizlənir”, - deyə İrina Volk bildirib.

 

Qurum rəsmisi deyir ki, cinayətkarlar biznesmendən 30 milyon rubl tələb ediblərmiş: “Hadisə aprel ayının 21-də baş verib. Cinayətkarlar Azərbaycan vətəndaşını silahla hədələyərək avtomobilə mindiriblər. Onu Moskva kənarında yerləşən qəbirsanlığa aparıblar. Orada onu döyüblər və diri-diri basdırıblar”.

 

Qurum rəsmisi bildirib ki, cinayətkarlar biznesmenin yanında mobil telefonu qoyublar:

 

“Biznesmen kiçik qardaşı ilə əlaqə saxlayıb və tələb olunan məbləği bildirib. Bundan sonra biznesmenin kiçik qardaşı cinayətkarlarla görüşüb. O, cinayətkarlara 1,2 milyon rubl pul gətirib və öz BMW markalı avtomobilini verib. Bundan sonra cinayətkarlar biznesmenin yerini göstəriblər”.

 

Bundan sonra biznesmeni basdırıldığı yerdən çıxarıblar və xəstəxanaya yerləşdiriblər. Zərər çəkmiş Hikmət Salayev özünə gəlib və xəstəxanada müalicə olunur.

 

Araşdırmalar zamanı baş verən cinayətdə 44 yaşlı “Lotu Quli” ləqəbli azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun da adı hallanıb. Onun cinayətin sifarişçisi olduğu bildirilib. Hazırda “Lotu Quli” Azərbaycanda həbsxanada cəza çəkir.

 

 

Bizimesr.az


Загрузка...


Oxunub: 37450 dəfə