Qadın "ZEK"ə 9 İL HƏBS

  • Bölmə: Kriminal  
  • Tarix: 20 iyn 2017 [16:51]

100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinən Emiliya Həşimovanın cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriləm şəxs son söz deyib. O, əməlindən peşman olduğunu bildirib. Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Emiliya Həşimova 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror çıxışında məhkəmədən Emiliya Həşimovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif etmişdi.

 

Qeyd edək ki, Emiliya Həşimovanın cinayət işi üzrə 10 zərərçəkmiş var. Qadın onların bəzilərini işə düzəltmək adı ilə aldadıb pullarını alıb. Digərlərinə isə söz verib ki, "əlillərin binası"ndan ev alıb verəcək. Beləliklə, bu insanlara qarşı dələduzluq edib. İşə əsasən, vətəndaşlara 101 min manat zərər vurulub. Xatırladaq ki, Emiliya Həşimova əvvəllər dələduzluqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində cəzası azaldılıb. Daha sonra amnistiyaya düşüb. 2013-cü ildə azadlığa çıxıb. Məhkumluğu hələ tam ödənilməyib.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 41350 dəfə