Sumqayıtda mikroavtobus oğurlandı

“KİA” markalı mikroavtobus oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Tural Hüseynov tutulub.

 

“Report” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri 39-cu məhəllə ərazisindən şəhər sakini Dəyanət Hümbətova məxsus, üzərində mühərriki olmayan təmirə qoyulmuş “KİA” markalı mikroavtobus oğurlanıb.

 

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Tural Hüseynov tutulub.

Bizimesr.az


Загрузка...


Oxunub: 33510 dəfə