Öldürülən qadının ADI AÇIQLANDI

  • Bölmə: Kriminal  
  • Tarix: 12 iyn 2017 [11:57]

Bir neçə gün əvvəl Bakı şəhər Xətai rayonu NZS qəsəbəsində öldürülən qadının şəxsiyyəti müəyyənləşdirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, iyunun 3-də 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin evində meyiti tapılan 30-35 yaşlı qadının 1983-cü il təvəllüdlü, Sumqayıt şəhər sakini İlahə Şahbazova olması müəyyən edilib. Məlum olub ki, o, daha əvvəl məhkumluq həyatı yaşayıb.

 

Qeyd edək ki, S.Vorobyov 34 yaşlı İlahə ilə mayın əvvəlində şəhərin mərkəzindəki barlardan birində tanış olub. Həmin vaxtdan sonra onlar Sergeyin NZS-dəki evində yaşamağa başlayıblar. S.Vorabyov istintaqa ilkin ifadəsində deyib ki, qadın özünü ona Arzu adı ilə təqdim edib və Türkmənistanda doğulduğunu, atasının Sumqayıtda yaşadığını, 15 il əvvəl ailə qurduğunu, uğursuz olan bu izdivacdan 12-13 yaşlı oğlunun olduğunu deyib. Subay olan və tək yaşayan S.Vorabyov öldürdüyü qadınla bağlı başqa informasiyaya malik olmadığını vurğulayıb.

 

Hadisənin necə baş verdiyinə gəlincə, tək və sərbəst həyat tərzi sürən Sergeylə bir aya yaxın eyni evdə yaşayan həmin qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın Sergeyə bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı Sergey bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. S.Vorabyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü desə də, sonradan yalan danışdığı üzə çıxıb.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 46070 dəfə